Yanvar ayında Gürcüstanda qripdən 3 nəfər ölüb
Tbilisi, 20 fevral, AZƏRTAC
Gürcüstanda tibb müəssisələrində qrip virusu əlamətləri olan xəstələrin sayı artmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə infeksionist Aleksandre Qoginava “İmedi” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Gürcüstanda qrip virusunun əsasən iki alt növü - A və V növləri müşahidə olunur. Bunlar ən təhlükəli respirator infeksiyadır. Mütəxəssis vətəndaşları gigiyena qaydalarına riayət etməyə, ictimai yerlərdə tibbi maskalardan istifadə etməyə çağırıb.
Gürcüstanın İnfeksion Patologiya və QİÇS Mərkəzinin direktoru Tengiz Tertsvadze 2024-cü ilin yanvar ayında ölkədə qrip virusu nəticəsində üç nəfər öldüyünü bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]