Yanvar-sentyabr aylarında informasiya və rabitə müəssisələri 1266,1 milyon manatlıq xidmət göstərib
Bakı, 14 oktyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1266,1 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 50,2 faizi və ya 635,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]