CƏMİYYƏT
Yanvarın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcək, axşam yağış yağacağı keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-7° isti, gündüz 7-12° isti isti olacaqdır.
Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 90-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən,Gədəbəy rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-4° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
axşama doğru yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7° isti, gündüz 11-16° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
axşama doğru yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-10° isti olacağı gözlənilir.
Hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq
Uzun müddət ölkə ərazisində davam edən anomal isti hava şəraitindən sonra yanvar ayının son günlərində havanın dəyişəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək, fevralın 2-dək respublikanın rayonlarında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensivləşəcəyi ehtimalı vardır.