CƏMİYYƏT
Yanvarın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər zəif duman, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı vardır.
Temperatur gecə 2-5°, gündüz 6-11° isti olacaqdır.
Bakıda gecə 3-5°, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcəkdir. Nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər duman olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 6-11° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-5° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin gecəyə doğru yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 1-3° isti, gündüz 3-6° isti olacağı gözlənilir.