Yanvarın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. |Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 4-7° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 90-95 faiz, gündüz 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-7°, bəzi yerlərdə 14-18° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
əsasən gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
əsasən gecə və axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlarda qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir.