Yanvarın 31-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntı olacağı gözlənilir.
Temperaturun gecə 0-3° isti, gündüz 3-6° isti olacağı gözlənilir. Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-8°, bəzi yerlərdə 15-20° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-9° şaxta, gündüz 0° şaxtadan 4°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 1°-dək isti, gündüz 1-5° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, dağlarda qar yağacağı gözlənilir.
Temperaturun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.