CƏMİYYƏT
Yanvarın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 2-4° isti, axşam 0°-dək olacaqdır.
Bakıda gecə və gündüz 2-4° isti, axşam 0°-dək olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcəkdir. Nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-8° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-6° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-8° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 6-10° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 4-7° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacağı gözlənilir.