YAP Gənclər Birliyi “Xocalını unutma” adlı tədbir keçirmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi (GB) Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş “Xocalını unutma” adlı tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəsini ziyarət etmişlər.
Tədbirdə YAP GB-nin sədri Seymur Orucov erməni vandallarının Xocalıda törətdikləri qırğınlardan danışmışdır.
YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov vurğulamışdır ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Beynəlxalq təşkilatların insanlığa qarşı yönəlmiş belə bir bəşəri cinayətə indiyədək siyasi-hüquqi qiymət verilməməsinin təəssüf doğurduğunu qeyd edən Ə.Əhmədov demişdir ki, bu qətliamı törədənlər hələ də azadlıqda gəzirlər.
Cinayəti törədənlər əməlləri ilə fəxr edir və Ermənistanın rəhbər vəzifələrində çalışırlar.
Ə.Əhmədov Azərbaycan gənclərini bu məsələdə fəal olmağa çağıraraq bildirmişdir ki, onlar bu biganəliyi sındırmalıdırlar.
Digər çıxış edənlər də 19 il əvvəl Xocalıda törədilmiş vəhşiliklərin erməni qəsbkarlarının son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğunu vurğulamışlar.
Tədbirdə Xocalı faciəsindən bəhs edən film nümayiş olunmuşdur.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilmiş tədbirdə ictimai-siyasi xadimlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]