YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ BANKININ MƏNZİL-QƏRARGAHINDAN CAVAB GÖZLƏNİLİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yaxın günlərdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı “Şimal” Elektrik Stansiyasında 400 meqavatlıq ikinci buxar-qaz qurğusunun tikintisinə razılıq verməklə yanaşı, layihə üzrə texniki məsləhətçisini təyin edəcəkdir. Müvafiq komissiya bir qədər əvvəl bu məqsədlə Yaponiya və Finlandiyanın TEPSKO-Enprima məsləhətçi şirkətlər alyansını müəyyənləşdirmişdir. Müqaviləyə görə, Azərbaycanın “Qlobus” şirkəti də bu məsələdə alyansa yardımçı olacaqdır.
Məsləhətçi özünün birbaşa vəzifəsinə başladıqdan sonra layihə üzrə texniki sənədləri hazırlayacaqdır. Bunun da əsasında tender təklifləri əsaslandırılacaq, baş podratçının müəyyənləşdirilməsi üçün açıq beynəlxalq tender keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]