Yaponiya hökuməti təbii fəlakət nəticəsində zərər çəkən rayonlara böyük miqdarda yardım ayıracaq
Tokio, 14 iyul, AZƏRTAC
Yaponiya hökuməti ölkənin cənub-qərbində yerləşən və güclü yağışlar nəticəsində zərər çəkən rayonlara 3 milyard 700 milyon dollar məbləğində yardım ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş Naziri Şinzo Abe iyulun 13-də Kumamoto prefekturasının Hitoyoşi şəhərinə səfərindən sonra bildirib.
Ş.Abe deyib ki, o, öz gözləri ilə dəyən böyük zərəri gördü. Hökumət itkin düşənlərin tapılması, əsas infrastrukturun bərpası və yerli əhaliyə hər cür yardım göstərmək üçün gücü çatan bütün işləri görəcək.
Baş nazir, həmçinin bildirib ki, güclü yağışlar koronavirus pandemiyasından əziyyət çəkən yerli fermer və balıqçı təsərrüfatlarına, eyni zamanda, kiçik və orta şirkətlərə böyük ziyan vurub.
Ş.Abe deyib ki, yardım üçün vəsait zərər çəkmiş rayonların bərpası və hökumətin ehtiyat fondlarından götürüləcək.
Əlavə olaraq qeyd edək ki, Yaponiyada artıq 10 günə yaxındır davam edən güclü yağışlar ölkənin cənub-qərb rayonlarına, xüsusən Kumamoto prefekturasına böyük ziyan vurub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]