Yaponiya mikrosxem istehsalı üçün avadanlıq ixracına nəzarəti gücləndirəcək
Bakı, 31 mart, AZƏRTAC
Yaponiya hökuməti mikrosxem istehsalı üçün lazımi avadanlıqların ixracına nəzarəti gücləndirmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, yeni ixrac nəzarəti rejiminin iyul ayında qüvvəyə minəcəyi gözlənilir. Plana əsasən, Yaponiya Ticarət Nazirliyi ixrac üçün xüsusi icazəyə ehtiyacı olan avadanlıqların siyahısını genişləndirmək məqsədilə bəzi sənədlərə dəyişikliklər edəcək. Həmin siyahıda ümumilikdə 23 məhsulun adı var.
Ötən il oktyabrın 7-də ABŞ Ticarət Nazirliyi Çinə müasir çiplərin, həmçinin onların istehsalı üçün avadanlıqların, ehtiyat hissələrinin və proqram təminatının satışını qadağan edib, əsas diqqət isə süni intellektlə bağlı və hərbi sahədə istifadə oluna biləcək texnologiyalara ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]
Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq
- 08.10.2026 [15:31]
Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir
- 08.10.2026 [15:06]
Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub
- 08.10.2026 [15:01]