Yaponiya Milli Olimpiya Komitəsinin rəhbəri öz vəzifəsində qalacaq
Bakı, 1 fevral, AZƏRTAC
Yaponiya Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri, korrupsiyada ittiham edilən Sunekadzu Takeda öz vəzifəsində qalacaq və 2020-ci il Tokio Olimpiadasının Təşkilat Komitəsində işini davam etdirəcək.
AZƏRTAC Reuters agentliyinə istinad xəbər verir ki, istintaqın əlində olan məlumata görə, 2020-ci il Olimpiya Oyunlarının ev sahibi kimi Tokionun seçilməsi bir sıra korrupsiya sxemlərinin nəticəsi olub. Yaponiya tərəfindən həyata keçirilmiş gizli pul köçürmələri nəticəsində Beynəlxalq Olimpiya Komitəsində bir sıra Afrika nümayəndələri bu Asiya ölkəsinə səs veriblər. Təhqiqatla məşğul olan Fransa polisinin fikrincə, rüşvət verilməsi təşəbbüsünü irəli sürən məhz Takeda olub.
2020-ci il Tokio Olimpiadasının Təşkilat Komitəsinin icraçı direktoru Tosiro Muto deyib: “Mister Takeda deyir ki, onun heç bir təqsiri yoxdur. Əgər o öz təqsirini boynuna almasa, prosesin bu mərhələsində biz hər hansı tədbir görə bilmərik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]