Yaponiya nüvə enerjisindən istifadəni artırmaq niyyətindədir
Bakı, 5 iyun, AZƏRTAC
Yaponiya enerji siyasətinin yenilənməsi çərçivəsində nüvə enerjisindən istifadəni artırmaq niyyətindədir.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Yaponiya 2011-ci ildə Fukusimadakı fəlakətdən sonra nüvə energetikasından asılılığını azaldıb və elektrik enerjisinin istehsalı üçün qazıntı yanacaqdan istifadəni 70 faizədək artırıb.
Lakin kömür və qaz qiymətlərində kəskin artım və Rusiya-Ukrayna müharibəsi səbəbindən hökumət sabit enerji təchizatının təmin edilməsi üçün külək və günəş enerjisi ilə yanaşı, nüvə enerjisinin daha geniş istifadəsi barədə düşünür.
Dünyada mayeləşdirilmiş təbii qazın ikinci ən böyük idxalçısı və energetik kömürün ən böyük alıcısı olan Yaponiya tərəfindən nüvə enerjisinin artırılmasına hər hansı bir keçid Avstraliya, Qətər, ABŞ və İndoneziya da daxil olmaqla, bu növ qazıntı yanacağın ixracatçılarına təsir edəcək.
Hökumət bildirib ki, çox güman ki, ölkə 2050-ci ilə qədər elektrik enerjisinin istehsalını təxminən 50 faiz artırmalı olacaq, çünki yarımkeçiricilərin istehsalı zavodları və məlumat emalı mərkəzləri tərəfindən tələbat artır. Enerji şirkətləri və sənaye sektoru, öz növbəsində, getdikcə daha çox nüvə enerjisindən daha geniş istifadə etməyə çağırır, çünki geosiyasi gərginlik enerji təchizatında kəsilmə və elektrik enerjisi qiymətlərinin yüksəlmə riskini artırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]