YAPONİYA PARLAMENTİ NÜMAYƏNDƏLƏR PALATASININ ÜZVÜ İLƏ GÖRÜŞ OLMUŞDUR
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun rəhbəri Abel Məhərrəmov çıxış edərək, respublikamızın Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışmış, eyni zamanda, bu il noyabrın 6-da ölkəmizdə parlament seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirildiyini bildirmişdir.
Xalqlarımız arasındakı dostluq münasibətlərindən danışan rektor, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərindən sonra bu münasibətlərin daha da inkişaf etdiyini nəzərə çarpdırmışdır.
O, rəhbərlik etdiyi ali məktəbin ayrı-ayrı ölkələrin, o cümlədən Yaponiyanın universitetləri ilə əlaqələrindən də danışmış, BDU-nun şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatı şöbəsinin fəaliyyət göstərdiyini söyləmişdir.
Görüşdən məmnun qaldığını bildirən D.Yamagiva Yaponiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin əhəmiyyətini, onun daha da genişlənəcəyinə əmin olduğunu vurğulamışdır.
Qonaq, həmçinin, hazırkı dövr problemlərinin həlli üçün elm və təhsilin tərəqqisinə böyük önəm verilməsinin vacibliyini diqqətə çarpdırmışdır.
BDU-nun rektoru qonağa hədiyyə qəqdim etmişdir.
Sonra D.Yamagiva universitetlə tanış olmuşdur.
Görüşdə Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe və digər qonaqlar iştirak etmişlər.