Yaponiya və Aİ liderləri təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlıq elan edəcəklər
Bakı, 3 iyul, AZƏRTAC
Yaponiya və Avropa İttifaqı (Aİ) iqtisadi əməkdaşlığı inkişaf etdirəcək, həmçinin nazirlər səviyyəsində təhlükəsizlik məsələləri üzrə yeni məsləhətləşmələr formatına başlayacaq.
AZƏRTAC xəbər verir ki, “Nikkei” qəzetinin yaydığı məlumata görə, bu müddəalar iyulun 13-də Brüsseldə keçiriləcək Yaponiya-Aİ sammitindən sonra birgə bəyanatda əksini tapacaq.
Yaponiya və Aİ regionda birgə dəniz təlimlərinin keçirilməsi barədə də razılaşa bilər. 2014-cü ildə onlar Somali sahillərində antipirat təlimləri keçiriblər. Dəniz təhlükəsizliyi ilə yanaşı, kosmos sahəsində, habelə kiberməkan və dezinformasiyaya qarşı mübarizə istiqamətlərində də əməkdaşlıq inkişaf edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]