YAPONİYA ZONDU ASTEROİDDƏN NÜMUNƏLƏR GÖTÜRMÜŞDÜR
Aparat Yerdən 290 milyon kilometr məsafədə olan İtokava asteroidinin səthinə uğurla enmişdir. Sonra o, kosmik obyektin səthini metal güllə ilə atəşə tutaraq, zərbə zamanı qalxan toz nümunələrini yığmışdır. Lakin alimlər nümunələrin müvəffəqiyyətlə yığıldığını yalnız 2007-ci ildə yəqin edə bilərlər. Yaponiya “Şahin”i Yerə həmin il qayıtmalıdır.
Noyabrın 23-də “Hayyabusa” asteroid süxurunun nümunələrini götürməyə ilk cəhd etmişdir. Aparat obyektə 17 metr yaxınlaşmış, lakin sonra onunla əlaqə kəsilmişdir. Əlaqə bərpa olunduqdan sonra alimlər belə qənaətə gəlmişlər ki, zond İtokavanın səthində, hər halda, olmuşdur. Lakin onlar aparatın nümunələr götürə bildiyinə əmin deyildilər. Ona görə də “Şahin”i asteroidə endirmək qərara alınmışdır.
“Hayyabusa” kosmosa 2003-cü ilin mayında buraxılmışdır. Asteroidə kosmik səyahət yaponlara 100 milyon dollara başa gəlmişdir.
Alimlər asteroidi öyrənərək, Günəş sisteminin yaranması barədə daha çox bilgi almaq ümidindədirlər. Digər səma cismlərindən fərqli olaraq, asteroidlər mövcudluğu ərzində nisbətən az dəyişmişdir. Buna görə də onların nümunələrində planetlərin formalaşması haqqında məlumat ola bilər.
İtokava Yerə ən yaxın asteroiddir və Marsla Yer arasında fırlanır. 1998-ci ildə kəşf edilmiş və ona Yaponiya kosmik proqramının banisi Hideo İtokavanın şərəfinə belə ad verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]