Yaponiyada hakim Liberal Demokrat Partiyasına ilk dəfə qadın rəhbərlik edəcək
Pekin, 4 oktyabr, AZƏRTAC
Yaponiyanın keçmiş iqtisadi təhlükəsizlik naziri xanım Takaiçi Sanae hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Takaiçi Sanae partiya rəhbəri yarışında 4 rəqibinə qalib gələrək, partiya tarixində ilk dəfə qadın lider olub. İlk raundda 5 namizəd arasında Takaiçi Sanae 183 səs, əsas rəqibi Şinciro Koizumi 164 səs toplayaraq, ikinci mərhələyə keçiblər. İkinci mərhələdə Takaiçi Sanae üstün olub.
Yaxın günlərdə parlamentdə hakim partiyanın yeni rəhbərinin ölkənin baş naziri vəzifəsinə namizədliyi səsə qoyulacaq. Bununla da o, Yaponiyanın ilk qadın Baş naziri ola bilər.
Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşiba sentyabrın əvvəlində hakim partiyanın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]