YAPONİYANIN BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB ŞİNZO ABEYƏ
Ölkənizin milli bayramı – İmperatorun təvəllüd günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Məmnunluqla qeyd etmək istərdim ki, bu gün Azərbaycan ilə Yaponiya arasındakı münasibətlər dinamik inkişaf mərhələsindədir. Əməkdaşlıq zəminində əldə etdiyimiz nailiyyətlər münasibətlərimizin perspektivlərinə nikbin baxmağa imkan verir.
Əminəm ki, qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da birgə işlərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 dekabr 2006-cı il.