Yaponiyanın Kitakyuşu şəhərindəki məktəbdə koronavirusa kütləvi yoluxma qeydə alınıb
Tokio, 1 iyun, AZƏRTAC
Yaponiyanın cənub-qərbində yerləşən Kitakyuşu şəhərindəki ibtidai məktəbdə şagirdlər arasında koronavirusa yeni yoluxma halları qeydə alınıb.
AZƏRTAC şəhər administrasiyasına istinadla xəbər verir ki, məktəblilər arasında qeydə alınan 12 yoluxandan dördü həmin şəhərin Kokura-minami rayonunda yerləşən Moritsune ibtidai məktəbinin şagirdidir. Həmin dörd məktəbli ilə bir sinifdə oxuyan şagirdlərdə koronavirusa yoluxma ötən həftə aşkar edilib.
Bu şəhərin üç ibtidai və natamam orta məktəbi şagirdlər arasında virusa yoluxma aşkar edildikdən sonra bağlanıb.
Şəhər təhsil şöbəsi ibtidai və natamam orta məktəblərin rəhbərlərinə müraciət edərək şagirdlərin hərarətinin və ümumi sağlamlığının ciddi şəkildə yoxlanmasını xahiş edib.
Bununla yanaşı, şəhər administrasiyasının rəhbərliyi virusa yoluxmuş şagirdlərin diskriminasiya və təhqirlərdən qorunması məqsədilə müvafiq tədbirlərin görülməsinə də çağırıb.
Bildirilir ki, son doqquz gündə Kitakyuşu şəhərində 97 virusa yoluxma halı qeydə alınıb. Bu zaman 34 halda ilkin mənbəni təyin etmək mümkün olmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]