YAPONİYANIN “NİKON” ŞİRKƏTİ PLYONKALI FOTOAPARATLARIN İSTEHSALINI DAYANDIRIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Yaponiyanın məşhur “Nikon” şirkəti plyonkalı fotoaparatların istehsalını dayandıraraq, rəqəmli kameralar buraxmağa başlayacaqdır. “Nikon”un mətbuat üçün məlumatında deyilir ki, şirkət plyonkalı 8 fotoaparat modelindən 6-nın yığılmasını təcili olaraq dayandırır. Hazırda “Nikon” Yaponiyadakı başlıca rəqibi “Kenon” ilə birlikdə dünyada tammiqyaslı güzgülü obyektivi olan rəqəmli fotoaparatlar istehsalının 90 faizinə nəzarət edir.
“Nikon”un bu qərarı foto həvəskarları və peşəkarlar üçün bütöv bir dövrün sona çatdığını göstərir. Bu şirkətin kameraları etibarlılığına və keyfiyyətinə görə hələ Vyetnam müharibəsi illərindən “Kalaşnikov avtomatının fotoqrafik analoqu” adını qazanmışdı. 2006-cı ildə dünyada rəqəmli aparatlar istehsalının 69 milyon ədədə çatacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]