YARALILAR HƏKİMLƏRİN NƏZARƏTİ ALTINDADIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda baş vermiş məlum qəza zamanı ciddi xəsarət almış və rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan Təranə Qəmbərovanın vəziyyəti ağırlaşdığından o, fevralın 1-də saat 13.00 radələrində xüsusi vertolyotla Bakıdakı - Mərkəzi Klinik Xəstəxanaya catdırılmışdır.
Hazırda Lənkəranın mərkəzi xəstəxanasında yerləşdirilən 21 yaralıdan 6-sı reanimasiya, 15-i isə cərrahiyyə şöbəsində həkimlərin nəzarəti altındadır.