Yardımlıda indiyədək 1620 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib
Yardımlı, 4 iyun, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda 2021-ci ilin məhsulu üçün yazlıq bitkilərin əkin kampaniyası başa çatmaq üzrədir. Statistik hesabatlara əsasən, 2021-ci ilin məhsulu üçün iyunun 1-dək rayonda 1620 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib. Yazlıq əkin kampaniyasında rayonun Ərsilə, Avaş və Urakəran ərazi nümayəndəliklərinin təsərrüfatları daha fəal iştirak edirlər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yazlıq əkin sahəsinin 843,5 hektarını kartof, 589,1 hektarını dənli və dənli paxlalı bitkilər, 11,2 hektarını tütün, 176,2 hektarını isə müxtəlif növ tərəvəz bitkiləri təşkil edir.
Rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 hektar çox əkin aparılıb.
Hazırda 2021-ci ilin məhsulu üçün yazlıq bitkilərin əkini nisbətən dağlıq olan ərazilərdə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]