YASAMAL RAYONUNDA SÜNİ ÖRTÜKLÜ FUTBOL MEYDANÇASI İSTİFADƏYƏ VERİLMİŞDİR

Bakı, 14 iyul (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə Yasamal rayonunda süni örtüklü futbol meydançasının açılışı olmuşdur. Tədbirdə çıxış edən rayon rəhbərləri, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Yeni Azərbaycan Partiyasının, AFFA-nın nümayəndələri, idman veteranları ümummilli lider Heydər Əliyevin xidmətləri barədə danışmışlar. Bildirilmişdir ki, 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra respublikada çoxsaylı sənaye obyektləri və tədris müəssisələri tikilmiş, yollar salınmışdır. Həmin dövrdə tikilmiş idman obyektlərindən ölkə sakinləri bu gün də istifadə edir. Ulu öndər gənc nəslə və idmançılara xüsusi diqqət və qayğı göstərirdi.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]