YAXIN İLLƏRDƏ AZƏRBAYCANLA RUSİYAARASINDA ƏMTƏƏ DÖVRİYYƏSİ 2 MİLYARD DOLLARA ÇATACAQ
A.Abbasov bildirmişdir ki, ikitərtəfli ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarının axtarışına yönəldilmiş həmin tədbirin əsas xüsusiyyəti burada Dağıstan, Kalmıkiya, Kabarda-Balkar respublikaları, Stavropol diyarı, Sverdlovsk vilayəti və Rusiyanın digər regionları rəhbərlərinin iştirakı olmuşdur ki, bu da RF subyektləri ilə Azərbaycanın bölgələri arasında birbaşa əlaqələr yaratmağa imkan verəcəkdir. Ölkələrimizin işgüzar adamlarının iştirakı ilə qarşılıqlı surətdə faydalı əlaqələrin müxtəlif cəhətlərinə həsr edilmiş çoxsaylı “dəyirmi masa”lar təşkil olunmuş, ekspertlərin təklifləri dinlənilmişdir.
“Ümumrusiya Sərgi Mərkəzi” ASC baş direktorunun müavini Nikolay Buqayev bildirmişdir ki, Moskvada keçmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində fəaliyyət göstərən Azərbaycan pavilyonunun yenidən qurulması və 2008-ci ildə açılması qərara alınmışdır. Bundan əlavə, Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan malları, texnologiyaları və xidmətləri sərgisini keçirmək də planlaşdırılır.
İclasda forumun yekunlarını şərh edən Azərbaycan ekspertlərinin məruzələri dinlənilmişdir.
Forumun yekunlarına dair qətnamə qəbul olunmuşdur.