Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı Rusiya turoperatorlarına böyük ziyan dəyib
Moskva, 10 mart, AZƏRTAC
Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Rusiya turoperatorları təxminən 3 milyard rubl əlavə xərc çəkiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin RBK-yə bildirib. Onun sözlərinə görə, əsas xərclər xaricdə ilişib qalan rusiyalı turistlərin mehmanxanada qalması və geridönüş biletlərinin ödənilməsi ilə bağlıdır.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin bölgəyə turların satışının dayandırılmasını tövsiyə etməsindən sonra vəziyyət kütləvi səfərlərin ləğvi ilə çətinləşdi. Nəticədə turoperatorlar ləğv edilmiş yaz səfərləri üçün müştərilərə pulu qaytarmağa məcbur olurlar.
D.Qorinin sözlərinə görə, son on gün ərzində Körfəz ölkələrindən 46 minə yaxın Rusiya vətəndaşı təxliyə edilib, lakin hələ də ərəb dövlətlərində 5 mindən çox turist qalıb.
Böhran tranzit marşrutlarına da təsir edib. Körfəz ölkələrində yerdəyişmələrin ləğvi səbəbindən bir çox turist Asiyadakı kurortlardan, o cümlədən Şri-Lanka və Maldiv adalarından uçarkən çətinliklərlə üzləşiblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]