Yazıçı Rövşən Abdullaoğlu ilə görüş və imza saatı keçirilib
Bakı, 5 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı Rövşən Abdullaoğlu ilə görüş və imza saatı keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə kifayət qədər oxucu kütləsi olan yazar əvvəlcə kitabsevərlərin suallarını cavablandırıb.
Daha sonra imza saatı təşkil edilib. Oxucular sevimli yazıçılarının imzası ilə kitab əldə etmək və onunla şəkil çəkdirmək imkanından faydalanıblar.