Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yel çərşənbəsi ayinləri təbiətin həyatverici gücünü təcəssüm etdirir

Yel çərşənbəsi ayinləri təbiətin həyatverici gücünü təcəssüm etdirir

Bakı, 7 mart, AZƏRTAC

Bu gün Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsidir. Tədqiqatçıların ilaxır çərşənbələrin üçüncüsü hesab etdikləri Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır. Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Küləkli çərşənbə”, Muğan zonasının bir sıra kəndlərində isə “Heydər çərşənbə” adları ilə tanınır.

AZƏRTAC AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Yel çərşənbəsi haqqında qeydlərini təqdim edir.

Yel çərşənbəsini üçüncü hesab edən professor Azad Nəbiyev 4 cür - 4 libasda küləkdən bəhs edib. O, Azərbaycan mifologiyasında ağ libasda Ağ yelin, qara libasda Qara yelin, göy libasda Xəzrinin və qırmızı paltarda isə Gilavar küləyinin olduğunu yazır: “Yel çərşənbəsi günü Yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır. Beləliklə, Yer üzərini gəzib dolanan Yel təsəvvürdə antropomorfik obraza çevrilir. Daha erkən təsəvvürlərdə isə küləklə eyni kökdən olan yelin həqiqətən, kult və tanrı səviyyəsinə yüksəldiyi məlumdur. Belə ki, bir çox xalqların erkən təsəvvürlərində, eləcə də müqəddəs kitablarında Yel Ərzi idarə edən qüdrətli tanrılardan biri hesab olunur. Əski inamlarda Yel ya özü tanrıdır, ya da dünyanı idarə edən tərəfindən göndərilən qüdrətli bir antropomorfdur. O, lazım olanda insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. “İncil” və “Zəbur”da Yel tanrısının qüdrəti vəsf olunur. “Tövrat”da isə dörd növ Yel ilahəsinin hər birinin özünəməxsus xüsusiyyətlərindən bəhs olunur. “Quran”da isə Yelin Allah tərəfindən göndərildiyi, onun Allahın mərhəmət və cəza antropomorfu olduğu qeyd edilir.

Zərdüştilər də Küləyi müqəddəs saymış, onu tanrı hesab etmişlər. “Avesta”da deyilir ki, “...Yelin gücü qüdrətli Hörmüzün gücüdür... Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır”.

Alimin fikirlərindən də bir daha məlum olur ki, qısa müddətdə bütün dünyanı gəzib-dolaşan Yel antropomorfik obraz kimi təsəvvür olunur. Eyni zamanda, professor “İncil”, “Zəbur”, “Tövrat” kimi səmavi dini kitablarda da Yel tanrısından bəhs olunduğu, “Quran”da Yelin Allah tərəfindən göndərildiyi, “Avesta”da isə Yelin Hörmüzdən güc alması haqda dini-mifik görüşlərə də toxunur. Bütün bunlar isə kökü mifik - astronomik dünyagörüşlərdən qaynaqlanan Novruz bayramının tərkib hissəsi olan Yel çərşənbəsindəki Yel obrazının dini-mifik və real səciyyəsini bütövlükdə anlamağa əsas verir.

Yel çərşənbəsi bir fəsil kimi özlüyündə həm də yaz fəslini təcəssüm etdirir. Burada onu da qeyd edim ki, tədqiqatçılar arasında axırıncı çərşənbənin Torpaq, yaxud Yel çərşənbəsi hesab olunması ilə bağlı fikir ixtilafları da mövcuddur. Mən də bir folklorşünas kimi Yel çərşənbəsinin üçüncü yox, dördüncü, yəni sonuncu ilaxır çərşənbə olduğu qənaətindəyəm. Çünki Yel çərşənbəsi yaz fəslini işarələməklə baharın gəlişini müjdələyən çərşənbədir. Ona görə də Yel çərşənbəsi özünün ardınca bahar fəslinin - Novruzun özünü gətirir. Düzdür, prinsipcə baxanda, aralarında bir həftəlik zaman fərqi var, bu da bir tərəfdən götürdükdə elə də böyük zaman deyil. Ancaq elə həm də bunu böyük zaman hesabı kimi də qəbul etmək olar. Çünki əgər hər həftəarası özlüyündə ilin dörddə biri hesab olunan bir fəsli simvollaşdırırsa, demək, bu həftələr böyük bir vaxt ölçüsünün yükünü özündə çəkən təbiətin ağır çillələri - çərşənbələri kimi də düşünülə bilər.

Ancaq mən bu yazıda bu məsələni o qədər də qabartmadan deyim ki, Yel çərşənbəsinin yaradıcı stixiyası Yel, külək olaraq qalır. Yel çərşənbəsində güdülən əsas məqsəd isə Yel ruhunu, Yel tanrısını razı salmaqdan ibarətdir. Yəni insanlar təqlidi-magik mərasimlər, ayinlər icra eləməklə, Yel tanrısının şərəfinə nəğmələr-mahnılar oxumaqla Yel ruhunu ram etməyə, onun dağıdıcı fəlakətindən xilas olub, xeyirxah təbiətini özlərinə doğru yönəltməyə cəhd edirlər. Bunu folklor örnəklərimiz də təsbit edir. Məsələn, “Yel baba mərasimi” adlı mətnə üz tutmaqla da bunun təzahürünü açıq-aydın şəkildə görmək olar:

“Xırmanda dəni samandan ayırmaq vaxtı gələndə camaat Yel babanı çağırıb deyir:

- Yel baba, gəl Ağ atına arpa-saman apar!

Bəzi yerlərdə ona nəğmə ilə də müraciət edirlər:

- A Yel baba, Yel baba,

Tez gəl baba, gəl baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dən yığılıb dağ olsun,

Yel babamız sağ olsun.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı.

A Yel baba, Yel baba,

Qurban sənə, gəl baba.

Sovur bizim xırmanı,

Atına ver samanı,

Dən yığılıb dağ olsun,

Yel babamız sağ olsun.

Əcdadlarımızın inamına görə, bu çağırışdan sonra Yel baba gəlib xırmanı sovurar, samanı aparıb öz atına verər, təmizlənmiş dən isə adamlara qalardı. Xırman sovurulub, taxıl döyülüb qurtarandan sonra oxuyardılar:

Xırmanda şana qaldı,

Yel əsdi, şana qaldı.

Xırmana bir qız gəldi,

Saçı nişana qaldı”.

Mətndən görünür ki, Yel baba Ağ atı ilə birgə öyülüb vəsf edilir. Ağ at ifadəsi burada bir tərəfdən yelin gözəgörünməzliyinə - ağ, yəni gözəgörünməz şəffaf anlamında ağ rəngdə olmasına rəğmən işlədilib, digər tərəfdən məşhur Azərbaycan xalq nağılı olan “Ağ atlı oğlan” nağılının da məzmunundan - qayəsindən gördüyümüz kimi, Ağ atlı oğlan xeyirxah və xilaskarlıq obrazını simvolizə edir. Bu məqamda mən özüm uşaq vaxtlarımdan eşitdiyim bir qarğış nümunəsini də xatırlayıram: “Səni ağ yel əysin”. Burada ağ yel vasitəsilə insana zərər vurulması, sağlamlığına xətər yetirilməsi kimi bəddua arzulanır. Bu, nə deməkdir? Yel ruhunun - ağ yelin qəzəbinə tuş gəlmək qarğışı var burda. Deməli, Yel çərşənbəsində Yel babayla bağlı mərasimdə insanlar Yel babaya xoş getmək üçün və ondan xeyir-bərəkət, ruzi diləmək üçün ona əzizləyici sözlərlə üz tutub: “Yel baba, gəl Ağ atına arpa-saman apar” deyirlər. Bu, Yel babanın ruhunun oxşanması və onun Ağ atına arpa-saman nəzir-niyaz edilməsi yolu ilə ondan xeyir-bərəkət istənilməsidir.

“Yel babamız sağ olsun” alqışı ilə ondan kömək istənilməsi - “Sovur bizim xırmanı” deyilməsi isə əski çağlardan - taxıl sovuran texnikanın və s. olmadığı dövrlərdən soraq verir. “Yel babamız sağ olsun”, “Qurban sənə, gəl baba” kimi alqış və çağırışlarda isə Yel ruhuna edilən xoşməramlı dualar bir daha magik-təqlidi üsulla Yel babanın - Yel tanrısının mərhəmətini və köməyini, yardımını qazanmağa xidmət edir.

Taxıl xırmanda sovrulub qurtarandan sonra oxunan nəğmədəki “Xırmana bir qız gəldi, saçı nişanə qaldı” sözlərində isə “Xırmana gələn qız” obrazı xalq təfəkküründə doğum-artım, bərəkət-bolluq timsalında öyülüb vəsf edilib.

Gətirdiyimiz mərasim nümunəsindən və nəğmədən də aydın görünür ki, Yel çərşənbəsində Yel tanrısının, yaxud tanrı tərəfindən göndərilən Yel ruhunun oxşanılması müqabilində yelin sərt təbiəti yumşaldılır, yumşalan-həlimləşən yel (külək, hava) təbiətə ilıq nəfəs, isti meh, yumşaq külək şəklində ayaq basır və öz gülümsər çöhrəsi, nəvazişi ilə donmuş dünyaya təzə can bəxş edir. Yaz fəsli dedikdə təsəvvürümüzə, ilk növbədə, havaların istiləşməsi gəlir. Sərhəd bilməyən hava kütləsi öz ilıq nəfəsi ilə - hərarətverici mehi ilə bütün sərhədləri aşaraq “qısa müddətdə bütün dünyanı dolaşır” - bütün kainata, yer və göy aləminə yaz havası, bahar küləyi gətirir. Beləcə, dörd yaradıcı həyat ünsüründən biri olan hava amili bahar nəsiminin timsalında yel, külək şəklində bütün aləmi yenidən cana gətirir. Təbiət qış yuxusundan oyanır, libasını soyunub müvəqqəti ölmüş, qış yuxusuna getmiş (yuxu da müvəqqəti ölüm kimidir!) cansız və canlı aləmə yeni həyat bəxş olunur. Külək vasitəsilə ağacların, bitkilərin tozlanması və sair amillər də məhz yelin yaradıcı gücü sayəsində gerçəkləşir. Bu kimi məsələləri də bir arada düşündükdə, havanın yaradıcı stixiyasındakı gücün mənzərəsini təkcə dini-mifoloji yox, həm də real baxımdan seyr etməyin mümkünlüyünü görərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 130 dollardan baha satılır

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi