YƏMƏNDƏ ÇIXAN ÜÇ QƏZET KARİKATURALARIN DƏRCİNƏ GÖRƏ MÜVƏQQƏTİ BAĞLANMIŞDIR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, “Yəmən observer”, “Ər-Rəy əl-Amm” və “Əl-Hürriyyə” qəzetləri Məhəmməd Peyğəmbərə karikaturaların dərcinə görə müvəqqəti olaraq lisenziyalarından məhrum edilmişdir. Yəmən İnformasiya Nazirliyinin məlumatına görə, bu nəşrlərin baş redaktorları öz fəaliyyətləri ilə İslam dinini təhqir etdikləri üçün məhkəmə qarşısında cavab verməlidirlər.
İttiham nümayəndəsi demişdir ki, hazırda istintaq həmin qəzetlərin redaktorlarının karikaturaları götürüb dərc etmələrinin səbəbini araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]