YENİ AZƏRBAYCAN PARTİYASI İDARƏ HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
İclasda partiyanın 2005-ci ildə fəaliyyətinə dair hesabat dinlənilmiş və müzakirə edilmişdir. Partiyanın ötənilki fəaliyyəti, o cümlədən 2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə iştirakı qənaətbəxş qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, hesabat ilində partiyanın cəmiyyətin ictimai-siyasi həyatında iştirakı genişlənmiş, rolu daha da artmışdır. Bildirilmişdir ki, ötən il Yeni Azərbaycan Partiyasına 25 min 122 nəfər daxil olmuş, beləliklə də partiya üzvlərinin sayı 380 min nəfərə çatmışdır. Partiyanın sıralarında gənclərin sayının artım sürətinin yüksək olması xüsusi vurğulanmışdır. Hazırda YAP üzvlərinin 145 mindən çoxu gənclərdir.
İclasda partiyanın 2005-ci il üzrə maliyyə hesabatı da dinlənilib təsdiq edilmişdir. Hesabat ilində partiyanın büdcəsinə üzvlük haqlarından 566 min 312 manat (AZN) daxil olmuşdur. Partiya büdcəsinə daxil olan vəsait mərkəzi və yerli təşkilatlarda çalışan işçilərin əmək haqlarına, partiya tədbirlərinin keçirilməsinə, kommunal, təsərrüfat xərclərinə və s. sərf olunmuşdur.
İclasda partiyanın 2006-cı ilin birinci yarısına dair iş planını təsdiq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]