YENİ ELMİ TƏDQİQAT İNSTİTUTU YARADILMIŞDIR
Səhmdar cəmiyyətin vitse-prezidenti Marlen Əsgərov demişdir ki, respublikamızda yeni elektrik stansiyalarının və yardımçı stansiyaların tikintisi, elektrikötürmə xətlərinin çəkilişi elektroenergetika sahəsində elmi araşdırmaların əhəmiyyətini artırmışdır.
Yeni qurum Elmi Tədqiqat Energetika və Enerjilayihə və “Bakıhidrolayihə” institutlarının bazasında yaradılmışdır.
İki institutun birləşdirilməsi onlarda çalışan alimlərin məşğulluğuna təsir göstərməyəcək, ixtisaslı kadrlar arasında ixtisar aparılmayacaqdır.