YENİ KƏŞFİYYAT QUYULARI QAZILACAQ
“Salyanoyl” Azərbaycan-Çin əməliyyat şirkətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il şirkət 54 milyon 738 min kubmetr qaz hasil etmiş, illik proqnoz 110,8 faiz yerinə yetirilmişdir. Neft hasilatı proqnozuna da artıqlaması ilə əməl olunmuşdur.
Bu il müəssisə “Kürsəngi”, “Qarabağlı”, “Babazanı” neft yataqlarında yeni kəşfiyyat quyuları qazmağı və istismar işlərinin genişləndirilməsini nəzərdə tutur. Yataqlarda 100 milyon tondan çox neft ehtiyatı olduğu proqnozlaşdırılır.