Yeni nəşr: “Türkiyənin zəlzələ ağrıları”
Bakı, 20 aprel, AZƏRTAC
Şair-publisist Əli Rza Xələflinin "Türkiyənin zəlzələ ağrıları" kitabı “Gənclik” nəşriyyatında çapdan çıxıb. Məsnəvi-poema martın 10-da "Kredo" qəzetində dərc olunan kimi ədəbi ictimaiyyətin ciddi marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, təkcə ədəbi mühit yox, geniş ictimaiyyətin fəal söz sahibləri əsəri müzakirə edib və rəylərini bildiriblər. Həcmcə kiçik olsa da, əhatə etdiyi fikir arenasına görə müxtəlif zamanları və ayrı-ayrı dövrlərə aid tarixi hadisələri əsər özündə ehtiva edir. Əlbəttə, əsərin əsas motivi Türkiyədə baş verən zəlzələ ilə bağlıdır. Müəllif bədii söz vasitəsilə doğma Türkiyəmizə mənəvi dəstəyini çatdırmaq istəyir. Kitabda verilmiş “Ön söz” və rəylər də xalqımızın böyük kədərə münasibətinin əks-sədası kimi diqqəti cəlb edir.
Kitabın redaktoru və “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Təyyar Salamoğlu, rəyçiləri Əməkdar mədəniyyət işçisi Adil Abdullayev, ədəbiyyatşünaslar Sərvaz Hüseynoğlu və Əli Bəbiroğludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:49]
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
- 06.10.2026 [12:55]
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
- 06.10.2026 [12:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi
- 06.10.2026 [11:56]