YENİ QANUNLARIN QƏBULU İSLAHATLARIN UĞURLA HƏYATA KEÇİRİLMƏSİNƏ İMKAN YARADACAQDIR
Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a verilən məlumata görə, 2006-cı ildən ölkəmizdə yeni pensiya sisteminin fəaliyyətə başlaması üçün pensiya təminatına dair yeni qanunvericiliyin tətbiqi ilə əlaqədar bir sıra qanunlar qəbul ediləcəkdir. Hazırda “Əmək pensiyaları haqqında” və “Dövlət sosial müavinətləri haqqında” qanun layihələri Milli Məclisin müvafiq komissiyalarında müzakirə olunur. Bu sənədlərin qəbulu ilə ölkəmizdə aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində tamamilə yeni bir sistemi formalaşdıran qanunvericilik bazası yaradılacaqdır.
Bundan əvvəl qəbul olunan “Əmək pensiyaları haqqında”, “Dövlət sosial müavinətləri haqqında” və “Ünvanlı sosial yardım haqqında” qanunlar əhalinin bütün aztəminatlı təbəqələrinin sosial müdafiəsini ünvanlı qaydada təmin edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:40]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb
- 12.10.2026 [13:20]
Avropada qazın qiyməti həftəyə artımla başlayıb
- 12.10.2026 [12:45]
“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır
- 12.10.2026 [12:23]
Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb
- 12.10.2026 [12:09]