Azərbaycan Dövlət İnformasiya Agentliyi

YENİ SALINMIŞ BƏNÖVŞƏLƏR QƏSƏBƏSİNİN AÇILIŞ MƏRASİMİ

Martın 1-də, Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfəri çərçivəsində yeni salınmış Bənövşələr qəsəbəsinin təntənəli açılış mərasimi olmuşdur.

Mərasimə toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük səmimiyyətlə qarşıladılar, hörmət və ehtiramlarını bildirdilər. Onların əllərində ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının portretləri, dövlət bayraqları, şüarlar və transparantlar var idi.

Bənövşələr qəsəbəsinin tikintisinə 2004-cü ildən - Azərbaycan Prezidentinin “Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində didərgin düşmüş, Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində, eləcə də Bərdə rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti yerləşdirilmiş Ağdam və digər rayonlardan olan məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri haqqında” 2004-cü il 4 fevral tarixli Sərəncamına əsasən başlanmışdır. Qəsəbənin tikintisinə 6,93 milyon AZN (34,63 milyard manat) xərclənmişdir. 460 evdən ibarət qəsəbədə 1893 nəfər məcburi köçkün yerləşdirilmişdir. Eyni zamanda, burada məktəb, feldşer-mama məntəqəsi, inzibati bina, icma mərkəzi, hamam, poçt şöbəsi tikilmiş, içməli su xətti çəkilmişdir. Birləşmiş Ərəb Əmirliklərinin Qızıl Aypara Cəmiyyətinin vəsaiti hesabına ticarət obyektinin, futbol və voleybol meydançalarının tikintisinə də başlanılmışdır.

Mərasimi Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri ƏLİ HƏSƏNOV açaraq dedi:

- Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli xanım Mehriban Əliyeva! Bütün qaçqın və köçkünlərin hörmət və ehtiramını Sizə çatdıraraq, məlumat vermək istəyirəm ki, 115 min hektar ərazisi olan Ağdam rayonunun bu gün 73 faizi işğal altındadır. 166 min nəfər əhalinin 131 mini məcburi köçkündür. Hazırda 27 faiz ərazidə 60 min əhali yaşayır. Qəsəbələr tam hazır olandan sonra buradakı əhalinin sayı 80 minə çatacaqdır. Bu, o deməkdir ki, Ağdam əhalisinin tam yarısı 27 faiz ərazidə yaşayacaqdır.

Cənab Prezident, Sizin Sərəncamınızın icrası olaraq, Ağdam rayonu ərazisində 3860 evin tikintisi artıq başa çatmaqdadır. Burada çox böyük sosial infrastruktur yaranıbdır. 18 orta məktəb, 2 musiqi məktəbi, 10 tibb obyekti tikilmiş, 112 kilometr yol, 140 kilometr su xətti, 213 kilometr yüksək və aşağıgərginlikli hava elektrik xətləri, 40 kilometr irriqasiya xətti çəkilmiş, 124 artezian quyusu qazılmışdır. Yəni Ağdam rayonu ərazisində çox böyük sosial-texniki infrastruktur yaranıbdır.

Cənab Prezident, keçən il qaçqın-köçkünlər üçün sərf olunan vəsait ondan əvvəlki iki ildəki qədərdir. Bu il isə keçən ildəkindən 30 faiz artıq proqnozlaşdırılıbdır.

Cənab Prezident, keçən il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 72 faizdən 57 faizə enibdir. 25 min nəfər işlə təmin olunubdur. Bunun 5 mini daimi, 20 mini isə inşaat, nəqliyyat kompleksində, tikinti materialları istehsalı sahəsində açılan mövsümi iş yeridir. Sizin Sərəncamınızla keçən il hər bir məcburi köçkünə aylıq yemək xərcləri 25 min manatdan 30 min manata artırılmışdır. Yanacaq kimi paylanan ağ neft isə 30 litrdən 40 litrə çatdırılmışdır.

Cənab Prezident, bütün bunlar bir daha onu göstərir ki, dövlət, Azərbaycan Prezidenti ölkənin bütün imkanlarını, ilk növbədə qaçqın və köçkünlərin rifah halının yaxşılaşdırılmasına yönəldir. Hamımızın yadındadır ki, 1992-ci ildə o vaxtkı iqtidar, indiki müxalifət Azərbaycanın tarixində olmayan çadır şəhərcikləri yaratdı, Azərbaycanın ensiklopediyasına yeni bir termin əlavə etdi - çadır şəhərcikləri. Ulu öndər Heydər Əliyev bu çadır şəhərciklərinin sökülməsi və yeni qəsəbələrin tikilməsinə başladı. Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyev hazırda bu işi uğurla davam etdirir və çadır şəhərcikləri tamamilə ləğv olunur. Bir sözlə, qaçqınların və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlar yaradılır. Biz tam əminik ki, cənab Prezidentin dediyi kimi, ölkənin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də Prezidentimiz tərəfindən həll olunacaqdır. Bizim isə borcumuz bu dövr ərzində dözüm və səbir nümayiş etdirməkdir. Bu yolda cənab Prezidentə uğurlar diləyirik.

İndi isə qəsəbə sakini, 12 il çadır şəhərciyində yaşamış, yeni tikilmiş məktəbin direktoru Tünzalə xanım öz fikirlərini sizinlə bölüşmək istəyir.

Ağdam rayonundakı 2 nömrəli orta məktəbin direktoru TÜNZALƏ VƏLİMƏMMƏDOVA çıxışında dedi:

- Möhtərəm cənab Prezident,

hörmətli Mehriban xanım, ümummilli liderimiz Heydər Əliyevin nəvəsi

Leyla,

hörmətli qonaqlar!

İcazə verin, sizi yeni salınmış Bənövşələr qəsəbəsinin sakinləri adından salamlayım və onların adından “Xoş gəlmisiniz!” deyim.

Hörmətli Prezident, Siz qaçqınların və məcburi köçkünlərin problemlərini Azərbaycanın ağrılı problemi hesab edərək, onu həmişə önə çəkmisiniz. Biz qaçqın və məcburi köçkünlərin sosial şəraitini yaxşılaşdırmaq üçün daim yeni-yeni işlər görmüsünüz.

Hörmətli Prezident, biz məcburi köçkünlər 2004-cü ilin sentyabrında Bərdə rayonunda yerləşən Türk Qızıl Ay çadır şəhərciyinin qarşısında Sizinlə görüşərkən, mən onların vəziyyətinin ağır, acınacaqlı olmasından söz açdım. O zaman Siz mənə çadır şəhərciklərinin ləğv olunacağını, gözəl, yaraşıqlı qəsəbələr salınacağını vəd etdiniz. Hörmətli Prezidentimiz, Siz vəd verdiniz, Sizin qətiyyətiniz və vədiniz üst-üstə düşdü. Siz sözünüzün sahibi oldunuz, bizi çox gözəl, yaraşıqlı qəsəbələrə köçürdünüz. Mən buna görə Bənövşələr qəsəbəsinin sakinləri adından Sizə bir daha öz minnətdarlığımı bildirirəm.

Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, insan təhsilini orta məktəbdə alır, təhsilin əsasını orta məktəb təşkil etməlidir. Bu fikri əsas götürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 300-dən artıq məktəbə hamilik etmişdir. Hörmətli Mehriban xanım, buna görə müəllimlər adından sizə öz minnətdarlığımızı bildiririk. Siz təkcə məktəbə yox, səhiyyəyə, qocalar evinə, uşaq evlərinə də hamilik edirsiniz. Bütün bunlara görə sizə analar adından minnətdarlığımızı bildiririk.

Cənab Prezident, biz bilirik ki, bura da bizim daimi yaşayış yerimiz deyildir. Düzdür, Ağdam torpağıdır, amma hamının öz eli, öz obası vardır. Biz inanırıq ki, Sizin rəhbərliyiniz altında Ağdam şəhəri, onun ətraf kəndləri işğalçılardan azad olunacaq, biz öz doğma torpaqlarımıza dönəcək və Sizi Ağdamın fəxri vətəndaşı seçəcəyik. Hörmətli Prezident, iki aydır ki, biz bu qəsəbədə yaşayırıq. Qəsəbənin sakinləri Sizi çox həyəcanla gözləyirdilər və indi onlara xeyir-duanızı eşitmək istəyirlər.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra Prezident İlham Əliyev sakinlərə yaxınlaşaraq səmimi söhbət etdi, onların qayğıları ilə maraqlandı. Məcburi köçkünlər Prezidentləri ilə fəxr etdiklərini və ümummilli lider Heydər Əliyevin layiqli davamçısı kimi ümidlərini ona bağladıqlarını bildirdilər. Dedilər ki, əminik işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunacaq və biz öz yurd-yuvamıza qayıdaraq, Azərbaycanın gələcək inkişafını təmin edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub