YENİ SİSTEM TELEVİZİYANIN İMKANLARINI XEYLİ GENİŞLƏNDİRƏCƏKDİR
“Teleradio” İstehsalat Birliyindən AZƏRTAC-a bildirmişlər ki, rəgəmli televiziya dörd telekanalın verilişlərinə baxmağa imkan yaradacaqdır. Hər kəs evindəki adi televizora xüsusi rəqəmli əlavəni qoşmaqla yeni sistemdən istifadə edə bilər.
“Teleradio” İB-nin direktoru İlham Əhədovun sözlərinə görə, yeni avadanlıqla təchizat layihəsi 100 min dollar məbləğində qiymətləndirilir. Avadanlıq Azərbaycanda - Mingəçevirin “Kür” zavodunda buraxılacaqdır.