YENİYETMƏ CÜDOÇULAR ZAQATALADA YARIŞIRLAR
AZƏRTAC xəbər verir ki, mayın 16-da Zaqatala Olimpiya-İdman Kompleksində yeniyetmələrin VI respublika oyunlarının cüdo üzrə final mərhələsinə və Azərbaycan birinciliyinə start verilmişdir.
Yarışlarda respublikanın 32 şəhər və rayonunu təmsil edən 450 nəfərdən artıq yeniyetmə oğlan və qız idmançı mübarizə aparır.
Yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək, ulu öndərin abidəsini ziyarət etmiş, əklil və tər çiçəklər qoymuşlar.
Açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərov idmançıları və qonaqları salamlayaraq, ulu öndər Heydər Əliyevin idmanın inkişafındakı xidmətlərindən danışmış, bu xəttin hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra idmançılar tatami üzərinə çıxmışlar.
Yarışlar üç gün davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]