Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi mövzusunda onlayn təlimin açılışı olub

Bakı, 16 iyun, AZƏRTAC

İyunun16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin olunması: nailiyyətlər və müsbət təcrübə” istiqamətində onlayn ixtisasartırma kursunun açılışı olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri və Abşeron rayonunu əhatə etməklə 25 yerli özünüidarəetmə orqanının məsul şəxslərinin iştirakı ilə keçirilən təlimdə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edib. O Komitənin 2008-ci ildən Dövlət İdarəçilik Akademiyası ilə birlikdə həyata keçirdiyi müxtəlif kurs və təlimlərin vacibliyini bildirib. Komitə sədri dörd gün davam edəcək budəfəki təlimin yerlərdə dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, gender bərabərliyinin təmin olunması istiqamətində məsul şəxslərin bilik və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Qurumun fəaliyyəti haqqında məlumat verən Bahar Muradova bildirib ki, ailə siyasətini həyata keçirmək, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının müdafiəsini təmin etmək, bu hüquqların pozulmasının qarşısını almaq Komitənin başlıca vəzifələrindəndir. Bu siyasətin yerlərdə daha sistemli və ardıcıl həyata keçirilməsi üçün yerli icra hakimiyyətinin, onun yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, həmçinin yerli özünüidarəetmə orqanlarının da rolu vardır. Lakin qeyd edilən bu istiqamətlərin spesifik olması və xüsusi həssaslıq tələb etməsi qarşıya digər vəzifə qoyur. Bu da həmin şəxslərdə bir sıra bilik və bacarıqların aşılanması məsələsini gündəmə gətirir.

Komitə sədri bildirib ki, hər bir regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından hərtərəfli və səmərəli istifadə etməklə orada yaşayan əhalinin həm rifahını yaxşılaşdırmaq, həm də sosial müdafiəsini gücləndirmək mümkündür. Odur ki, yerli özünüidarəetmə orqanları fəaliyyət göstərdiyi ərazinin əhalisi üçün onun problemlərini həll etmək baxımından mühüm qurum sayılır. Ümummilli lider Heydər Əliyev 1999-cu il dekabrın 12-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində yerli özünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyətini xüsusilə vurğulamışdır. Ölkəmizin hərtərəfli, dinamik və davamlı inkişafı şəraitində bələdiyyələrin fəaliyyəti daha da təkmilləşməli, bələdiyyə nümayəndələri yerli özünüidarəetmənin inkişafı üçün yaradılmış imkanlardan bəhrələnərək öz fəallıqlarını, təşəbbüskarlıqlarını artırmalıdırlar.

B.Muradova Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində qanunvericilikdə mühüm imkanların yaradılmasını xüsusi qeyd edərək bildirib ki, hökumət müvafiq gender siyasəti və gender bərabərliyi sahəsində beynəlxalq normalara uyğun inkişaf proqramlarının işlənib hazırlanmasının və reallaşdırılmasının təmin olunmasını öhdəlik kimi qəbul edib. Azərbaycanda gender bərabərliyinin bərqərar edilməsi üzrə milli mexanizmin inkişafı minillikdə qarşıya qoyulan məqsədlərə çatmaq kimi qlobal çərçivədə həyata keçirilir.

Ölkədə gender bərabərliyinin təmin olunması üzrə milli mexanizmin yaradılmasının bir neçə mərhələdən ibarət olduğunu diqqətə çatdıran Komitə sədri bildirib ki, birinci mərhələ BMT-nin qadınların vəziyyəti ilə əlaqədar IV Beynəlxalq Konfransının keçirilməsi, ikinci mərhələ gender bərabərliyinin əldə olunmasına və qadın inkişafına məsuliyyət daşıyan dövlət mexanizminin yaradılmasına başlanılması, üçüncü mərhələ isə gender bərabərliyi, siyasi qərarların qəbul edilməsində qadınların imkanlarının genişləndirilməsi sahələrində dövlət strategiyasının təməlinin qoyulması ilə səciyyələnir. Bu gün biz dördüncü mərhələni müşahidə edirik. Azərbaycanda baş verən siyasi proseslər ailənin möhkəmlənməsi və sosial müdafiəsi də daxil olmaqla qadınların müstəqilliyinin dərk edilməsinə əsaslanan yeni mexanizmin axtarışına imkan yaradır.

Komitə sədri dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakının artırılması məqsədilə Komitənin bələdiyyə orqanları ilə birgə 2017-2019-cu illərdə həyata keçirdiyi “Ailə akademiyası” layihəsi haqqında məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində sosioloq, psixoloq, hüquqşünas və digər ekspertlər cəlb olunmaqla qadın və kişilərin, gənc ailələrin, sosial iştirakçılığı zəif insanların iştirakı ilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi sahəsində bələdiyyələrin rolunun daha da artırılması çox vacibdir.

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Qlobal fövqəladə şəraitdə innovativ dövlət idarəçiliyi texnologiyaları: Azərbaycanın təcrübəsi” mövzusunda təqdimatla çıxış edərək, müasir dövrdə idarəçilik sahəsində texnologiyaların vacib əhəmiyyət kəsb etdiyini, qloballaşma dövründə özünə xüsusi yer tutduğunu bildirib. Rektor ölkəmizin bu sahədə əldə etdiyi mühüm uğur və nailiyyətləri, Azərbaycanın iqtisadi göstəricilərinə görə özünəməxsus yer tutduğunu vurğulayıb. U.Ələkbərov diqqətə çatdırıb ki, dövlətimiz innovativ idarəçilik texnologiyalarının tətbiqi nəticəsində uğurlu siyasət həyata keçirir. Ölkəmizdə strateji məqsəd kimi gender bərabərliyinin təmin olunması da aparılan uğurlu siyasətin bir hissəsidir və dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə edilə bilər. Rektor Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə xidmətlərinə xüsusi diqqət çəkib. Bildirilib ki, təhsil və səhiyyə sahələrində, eləcə də siyasi və iqtisadi qərarların qəbulu proseslərində gender bərabərliyinin təmin olunması iqtisadiyyatın davamlılığına kömək edir, ümumilikdə, cəmiyyətə və bəşəriyyətə əvəzolunmaz fayda verir.

Qeyd edək ki, iyunun 16-dan 19-dək keçiriləcək onlayn təlim çərçivəsində dövlət qadın siyasəti və yerli özünüidarəetmədə gender bərabərliyi, bələdiyyələrin təşkilatçılıq fəaliyyətinin əsas aspektləri, pandemiya dövrünün gender aspektləri - beynəlxalq və milli təcrübə, milli qanunvericilikdə gender əsaslı zorakılıqla mübarizə və preventiv mexanizm, bələdiyyələrin hüquqlarının müdafiəsi istiqamətində assosiasiyaların rolu, pandemiya zamanı əmək bazarında kişilər və qadınlar üçün bərabər şəraitin yaradılması kimi mövzular müzakirə olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb VİDEO

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb VİDEO

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər VİDEO

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər VİDEO

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək