Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cu il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağstafa Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:40]
Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub
- 08.10.2026 [17:01]
Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb
- 08.10.2026 [16:14]
Səyyar ASAN xidmət İsmayıllıda
- 08.10.2026 [15:15]