Yevlaxda yük maşını sərnişin avtobusu ilə toqquşub
Bakı, 29 noyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Yevlax şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarənin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Nəticədə avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:34]
Şahbuzda yol qəza olub, 1 nəfər ölüb
- 10.08.2026 [16:05]
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]