Yığmanın üzvü: Azərbaycanı Olimpiadada təmsil etmək şərəf olar
Bakı, 24 mart, AZƏRTAC
"Azərbaycanı Olimpiadada təmsil etmək şərəf olar".
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın basketbolçulardan ibarət 3x3 Azərbaycan millisinin üzvü Mersedes Volker yığmanın “Paris-2024” Yay Olimpiya Oyunları üçün mübarizə aparacağı təsnifat oyunları barədə danışarkən deyib.
38 yaşlı basketbolçu onları qarşıda çətin sınaq gözlədiyini bildirib: "İlk təsnifat oyunlarımız Honq-Konqda baş tutacaq. Burada Monqolustan, Çili və Niderland yığmaları ilə üz-üzə gələcəyik. Hazırda rəqiblərin güclü və zəif cəhətlərini analiz edirik. Çox yaxşı oyunçularımız var. Komandaya inanıram".
O, bütün komandalara qalib gəlmək şanslarının olduğunu söyləyib: "Bütün rəqiblərə ciddi yanaşmalıyıq. Hər kəs Parisə yollanmaq istəyir. Birlik göstərə bilsək, olimpiadaya vəsiqə qazana bilərik. Hər şey öz əlimizdədir".
Qeyd edək ki, ilk təsnifat oyunları aprelin 12-14-də keçiriləcək. Səkkiz komanda arasında təşkil olunacaq ilk təsnifat matçlarında Azərbaycan millisi çempion olarsa, olimpiadaya vəsiqəni təmin edəcək və artıq ikinci təsnifat oyunlarında iştirak etməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]