Yonhap agentliyi AZƏRTAC-ın analitik informasiyasını yayıb
Bakı, 15 fevral, AZƏRTAC
Koreya Respublikasının aparıcı xəbər agentliyi olan Yonhap AZƏRTAC-ın “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən nəqliyyat körpüsüdür” sərlövhəli analitik informasiyasını ingilis dilində yayıb.
İki agentlik arasında həyata keçirilən informasiya mübadiləsi çərçivəsində yayılan məqalədə Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycanın çox böyük tranzit imkanlarından bəhs olunur.
Həmçinin son illər Azərbaycanın nəqliyyat sektorunda reallaşdırılan bir sıra irimiqyaslı infrastruktur layihələri haqqında məlumat verilir.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.
Xatırladaq ki, bir qədər əvvəl Yonhap-ın Koreya idmançılarının “Rio-2016” Yay Olimpiya Oyunlarında şanslarını dəyərləndirən materialı AZƏRTAC-ın kanalları vasitəsilə yayılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]