“Yonhap”: Cənubi Koreyada prezident seçkilərinin iyunun 3-də keçirilməsi planlaşdırılır
Bakı, 7 aprel, AZƏRTAC
Cənubi Koreyanın sabiq Prezidenti Yun Sok Yolun ölkədə qısamüddətli hərbi vəziyyət elan etdiyinə görə keçən həftə vəzifəsindən uzaqlaşdırlmasından sonra Nazirlər Kabinetinin prezident seçkilərinin tarixini iyunun 3-nə təyin edəcəyi gözlənilir.
AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, qanunla tələb olunmasa da, Nazirlər Kabineti bu tədbirin istirahət günündə keçirilməsinin təsdiq edilməsinə ehtiyac olduğu üçün çərşənbə axşamı keçiriləcək iclasında müvafiq qərar qəbul edəcək.
Yun Sok Yol dekabrın 3-də hərbi vəziyyət barədə Fərman imzalayaraq rəsmi vəzifə səlahiyyətlərini pozduğuna və parlamenti buraxmaq üçün qoşunları səfərbər etdiyinə görə Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən kənarlaşdırılıb.
Qanun hazırkı dövlət başçısı vəfat edərsə və ya vəzifəsindən kənarlaşdırılarsa, yeni prezident seçkilərinin 60 gün ərzində keçirilməsini tələb edir.
Milli Seçki Komissiyasının rəsmisi bildirib ki, mediada qeyd olunan tarix yekun deyil və prezident səlahiyyətlərini icra edən Baş nazir Han Dok Su elan edənə qədər rəsmi olmayacaq.
Müxalifət lideri Li Çje Myon qarşıdakı seçkilərdə favorit hesab olunur. O, 2022-ci ildə Yun Sok Yola 1 faizdən də az səslə uduzmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]