Yoşihide Suqa Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
Tokio, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa hakim Liberal Demokratik Partiyanın (LDP) sədri seçilib. Onun tezliklə Baş Nazir vəzifəsini tutacağı bildirilir.
AZƏRTAC xəbər verir ki, Y.Suqa LDP-nin qərargahında keçirilən seçkilər zamanı 377 səs toplayaraq qalib gəlib. Onun rəqibləri sabiq Xarici İşlər naziri Fumio Kişida 89, keçmiş Müdafiə naziri Şiqeru İşiba isə 68 səs toplayıb. Səsvermənin gedişi NHK telekanalı ilə canlı olaraq yayımlanıb.
Ölkə parlamentinin yeni Baş Naziri sentyabrın 16-da təsdiq edəcəyi gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]