Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatında növbəti medalı qazanıb - YENİLƏNİB
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən idmançı hindistanlı Kunal Daqalı 7:5 hesabı ilə məğlub edərək fəxri kürsüyə qalxıb.
Daha əvvəl Ömər Salmanov (48 kiloqram) mundialda 3-cü yeri tutub.
Bu gün, həmçinin İsfahan Həsənov (80 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
18:17
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən idmançı gürcüstanlı Giorgi Çikvadzeyə 7:1 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bu gün, həmçinin Orxan Həbibli (65 kiloqram) bürünc, İsfahan Həsənov (80 kiloqram) qızıl mükafat qazanmaq üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.