YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ BAKI BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
Bakı, 10 yanvar (AZƏRTAC). “ABU-Arena” idman kompleksində yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Bakı şəhər birinciliyində müxtəlif çəki dərəcələrində qalib olmuş idmançılar da müəyyənləşmişdir.
Yarışların ikinci günü güləşçilər 9 çəki dərəcəsində mübarizə aparmışlar. Bu güləş növündə yeniyetmələr arasında Qurbanəli İslamov (46 kq), Tahir Niftəliyev (54 kq), Babək Rəhimli (63 kq), Fuad Əliyev (76 kq), Ruslan Tehranzadə (100 kq) Bakı çempionu adını qazanmışlar.
Gənc güləşçilərin sırasında isə Xurşud Babaşov (55kq), Orxan Paşayev 66 (kq), Elməddin Abdullayev (84 kq), Alim Teymurov (120 kq) birinci mükafata layiq görülmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]