YUNANISTANDA 700 KİLOQRAMADƏK KOKAİN MÜSADİRƏ EDİLMİŞDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Yunanıstanda 700 kiloqramadək kokain müsadirə edilmişdir. Polisin məlumatına görə, iki yunan, bir italyan və bir albandan ibarət beynəlxalq cinayətkar qruplaşmanın fəaliyyətini ABŞ, Fransa, İtaliya və İspaniyanın güc qurumları ilə əməkdaşlıq sayəsində ifşa etmək mümkün olmuşdur.
Narkotik maddə alverçiləri Karib dənizindəki Martinika adasından kokain gətirərkən diqqəti cəlb etmişlər. Polis əməkdaşları ayyarımdan artıq bir müddətdə cinayətkarların hərəkətlərini izləmiş, gəmi Yunanıstana gəlib çatdıqda isə onları yaxalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]