Yunanıstanın Azərbaycandakı səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində olub
Bakı, 22 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos ilə görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı siyasi münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, regiondakı təhlükəsizlik, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər və digər mövzularda müzakirələr aparılıb.