YUNANLAR “ARQO”NUN OXŞARINI YARATMIŞLAR
Sentyabrın 17-də Yunanıstanın Volos limanında gəminin təntənəli surətdə suya buraxılması mərasimi olmuşdur. Mərasimdə iştirak edən milli müdafiə naziri Evangelos Meimarakis bildirmişdir ki, qədim Elladanın Qara dəniz regionunda əməkdaşlığın inkişafı naminə özünəməxsus təşəbbüsü olan arqonavtların hünəri silahlı qüvvələr üçün nümunədir. “Arqo” gələn
ilin yazında, yaxud yayında Aralıq dənizində və Qara dənizdə səyahətə çıxmağa hazırlaşır.
Əfsanəyə görə, arqonavtlar “Arqo”nu ilahə Afinanın köməyi ilə 3 ay ərzində düzəltmişdilər. Volos tərsanəsində hazırlanmış 28 metrlik müasir “Arqo” sırf Miken dövrünə aid qədim alətlərlə inşa edilmişdir. Bu məqsədlə arqonavtların öz gəmiləri üçün seçdikləri ağac növlərindən istifadə olunmuşdur. Ustalar avarlı gəmini layihələşdirmək üçün dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanan qədim vaza və freskalardakı, habelə o dövrün gəmilərindəki təsvirləri öyrənmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]