YÜZLƏRLƏ İMKANSIZ AİLƏ SEVİNDİRİLMİŞDİR
“Azəralüminum” ASC-nin kollektivi Qurban bayramında Gəncədə və Sumqayıtda yüzdən çox imkansız ailələrin qapısını açmış, onlara bu əziz gündə sevinc gətirmişdir. Sumqayıtda şəhid və Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş 36 mənzilli yaşayış evlərində yaşayan ailələrə, eləcədə şəhər Korlar Cəmiyyətinin və Əlil Qadınlar Cəmiyyətinin 60-dan çox üzvünə və 12 şəhid ailəsinə qurban payı çatdırlımışdır. Cəmiyyətin digər istehsal sahəsinin yerləşdiyi Gəncə şəhərindəki 269 uşaq və qocaya 70 şəhid ailəsinə və əlillərə qurban payı verilmişdir.
Ümumiyyətlə, təqribən 3500 nəfərin çalışdığı şirkətin işçilərinə nahar süfrəsi açılmışdır.