Zabux kəndinin 82 yaşlı sakini doğma yurda qayıdışın sevincini yaşayır VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Laçın rayonunun Zabux kəndinin 82 yaşlı sakini Qəribə Həsənova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb. Artıq bir neçə gündür ki, o, kənddəki yenidən tikilmiş evində yaşayır.
AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda Zabux kəndini daha da abad gördüyü üçün Qəribə Həsənovanın keçirdiyi böyük sevinc və qürur hissi öz əksini tapıb.
Videoda kənddəki yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Qəribə nənə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıq edib, Allahdan şəhidlərimizə rəhmət diləyib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanmasını davam etdirir. https://www.youtube.com/watch?v=83jwfoGtrHM